Advertisement X
  
Ekoloq Jurnalistlər Birliyi
Ən son yenilənmə: 15/03/2010

Ətraf Mühiti Qorumaq Hər Birimizin İnsanlıq Borcudur!
Səhifələr: [1] [2]

Yer kürəsinin incə zirehi

3 mm-lik ozon qatı dağılması planetimizi məhvə sürükləyir

Artıq ozon qatı deşilmək üzrədir və günəş səthindəki proseslər daha fəal formada cərəyan edir. Rusiya alimləri apardıqları müşahidələrə əsasən belə qənaətə gəliblər. Xatırladaq ki, hələ iki il əvvəl Avropa Kosmik Agentliyi yaydığı hesabatında vurğulamışdı ki, Antraktidanın üzərindəki ozon qatı rekord həddə zədələnib və son 10 ildə atmosferdəki ozon təbəqəsi təxminən 0,5 faiz dağılıb.

Bölmə: Problem
Yazar: Ekoloq Jurnalı 06:48 15/03/10 Oxunub: 5 Şərhlər Şərhlər (0)  
Fəlakət başımızın üstünü alıb

Ekoloq Jurnalsitlər Birliyinin sədr müavini Elçin Bayramlı: “Təbiət ona qarşı həyata keçirilən vəhşiliklərə adekvat reaksiya verir”

Təəssüf ki, dünya liderləri xilas üçün böyük imkanlar açan Kopenhagen sammitinə çox qeyri-ciddi yanaşdılar və planetin xilas edilməsi üçün sonuncu imkan da demək olar ki, itirildi. Son hesablamalara görə planetimizdə qlobal təbii fəlakətlər və ekoloji proseslər artıq qarşısıalınmaz formaya keçməkdədir. Çox böyük ehtimalla yaxın illərdə biz qlobal kataklizmaların şahidi olacağıq.

Bölmə: Problem
Yazar: Ekoloq Jurnalı 10:35 04/03/10 Oxunub: 13 Şərhlər Şərhlər (2)  
“Yaşıl” oğurluq

Əkilən ağaclar oğurlanır, bəzi ərazilərdə isə yaşayış məntəqələrinin sakinləri tərəfindən yaşıllıq zolaqlarına mal-qara buraxılır

"Bitkiləri əkməklə iş məhdudlaşmır. Onları mühafizə etmək, saxlamaqda müxtəlif ciddi çətinliklərə də rast gəlinir. Məsələn, yol kənarında kompozisiyada bir bitki çatışmayanda, məhv olanda, sıradan çıxanda o saat hiss olunur. Burada da əhalinin ekoloji maarifləndirilməsi məsələsinə diqqət yetirilməli və bizə kömək edilməlidir".

Bölmə: Təbiət
Yazar: Ekoloq Jurnalı 08:32 02/03/10 Oxunub: 8 Şərhlər Şərhlər (0)  
Daşkəsəndə meşə yanğınının qarşısı alınıb

ETSN əhalini odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır

Fevralın 21-də saat 16:00 radələrində Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin Daşkəsən Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin (MMBM) xidməti ərazisi olan 5 saylı dolayının 29-cu kvartalında yanğın hadisəsi baş verib.

Bölmə: Flora
Yazar: Ekoloq Jurnalı 11:31 23/02/10 Oxunub: 8 Şərhlər Şərhlər (0)  
“Ekologiya ili” ilə bağlı müşavirə keçirilib

Prezidentin sədrliyi ilə keçirilən toplantıda ekoloji problemlərin həlli yoları müzakirə olunub

“Ekoloq” Jurnalı “AzərTAc” dövlət agentliyinə istinadən xəbər verir ki, fevralın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında ekoloji problemlərə həsr olunmuş müşavirə keçirilib. Prezident İlham Əliyev müşavirəni giriş sözü ilə açaraq 2010-cu ilin ölkəmizdə “Ekologiya ili” elan olunduğunu, respublikamızda ekoloji problemlərin həllinə böyük diqqət yetirildiyini və bununla bağlı konkret proqramın qəbul edildiyini vurğulayıb.

Bölmə: Dövlət siyasəti
Yazar: Ekoloq Jurnalı 05:51 18/02/10 Oxunub: 11 Şərhlər Şərhlər (0)  
Qanunsuz quş ovu ilə məşğul olan şəxslər saxlanılıb

Fevralın 16-da gecə saat 01:00 radələrində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Ərazi ekologiya və təbii sərvətlər şöbəsi Biləsuvar rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə qanunsuz ov edilməsi hallarının qarşısının alınması məqsədilə keçirdikləri reyd zamanı qanunsuz çöl quşlarının alışı və satışı ilə məşğul olan şəxslər saxlanılıb.< /p>

Bölmə: Fauna
Yazar: Ekoloq Jurnalı 01:48 16/02/10 Oxunub: 10 Şərhlər Şərhlər (0)  
Kür və Araz çirkab içində boğulur

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarında monitorinqlər aparıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə fevral ayının I ongünlüyü üçün növbəti monitorinq həyata keçirib.

Bölmə: Problem
Yazar: Ekoloq Jurnalı 02:40 15/02/10 Oxunub: 11 Şərhlər Şərhlər (0)  
Lökbatan palçıq vulkanında püskürmə baş verib

Püskürmə 1 saata yaxın davam edib, formalaşan sarımtıl qara rəngli palçıq axını vulkanın qərb yamacı istiqamətində 1,5 hektar əraziyə yayılıb

04 fevral 2010-cu il tarixində, saat 10-00 radələrində, Bakı və Abşeron Yarımadasının Palçıq Vulkanları Qrupu Dövlət Təbiət Qoruğuna daxil olan Bakı şəhər Qaradağ rayonu Lökbatan qəsəbəsi yaxınlığında yerləşən Lökbatan palçıq vulkanında püskürmə baş verib.

Bölmə: Problem
Yazar: ekolog.tk 03:21 05/02/10 Oxunub: 12 Şərhlər Şərhlər (0)  
33 min hektar neftlə çirklənən torpaqlar təmizlənəcək

Abşeron yarımadasında neftlə çirklənən torpaqların təmizlənməsinə başlanıb

Bu gün “Novosti” beynəlxalq mətbuat mərkəzində "Ekologiya İli"nə həsr olunan mətbuat konfransı keçirilib. “Ekoloq” jurnalının məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin mühafizəsi üzrə monitorinq departamentinin direktoru Məmmədhüseyn Müslümov ölkəmizdə "Ekologiya İli" çərçivəsində nəzərdə tutulan tədbirlər barədə məlumat verib.

Bölmə: Layihələr
Yazar: ekolog.tk 08:09 04/02/10 Oxunub: 16 Şərhlər Şərhlər (0)  
Ekoloji layihələr reallaşdırılacaq

Nazir Hüseyn Bağırov: “2010-cu ildə ekoloji sahədə böyük nailiyyətlər əldə olunacaq"

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Prezident İlham Əliyev tərəfindən 2010-cu ilin Azərbaycanda “Ekologiya ili” elan olunması ilə bağlı bir sıra önəmli layihələr həyata keçirəcək. Bu barədə SİA-ya açıqlamasında ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov məlumat verib.

Bölmə: Layihələr
Yazar: ekolog.tk 07:45 04/02/10 Oxunub: 27 Şərhlər Şərhlər (0)  
Xətdə olanlar:
orxanorxan ELVINELVIN VusalVusal vusalevusale RUSLANRUSLAN calalcalal ELIELI azeriazeri igidigid dostluqlar.azersayt.comdostluqlar.azers Elvin AbbasovElvin Abbasov ORXANORXAN elsunelsun cosguncosgun safasafa TuradTurad ƏsədƏsəd KenanKenan KENANKENAN Idrak NəcəfovIdrak Nəcəfov IntiqamIntiqam Rüstəmov İsa Rüstəmov İsa CaBiRCaBiR REHMAN.REHMAN. SahilSahil Vusal QurbanovVusal Qurbanov ElcinElcin FeridFerid bayrambayram liverpoolliverpool uzeyiruzeyir QurbanQurban [K][R][A][L][K][R][A][L] BAYILBAYIL Aziz Aziz Dost MemmedDost Memmed SADİQSADİQ XəbərçiXəbərçi AghuanAghuan orxanorxan Sərxan(admin)Sərxan(admin) pervinpervin AZADAZAD və 460 Qonaq